Qax rayonu Zərnə kənd tam orta məktəbində valideyn iclası keçirilib

14:14 | 15 Fevral, 2019

Qax rayonu Zərnə kənd tam orta məktəbində valideyn iclası keçirilib. İclasda I yarımilin yekunları və qiymətləndirmədə olan dəyişikliklər barəsində məlumatlar müzakirə olunub, şagirdlərin təlim-tərbiyəsi, məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması, dərsə davamiyyət barəsində valideynlərlə maarifləndirici söhbət aparılıb.