Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Əlibəyli kəndinin sakinləri ilə görüşüb

18:16 | 19 Fevral, 2019

12 fevral 2019-cu il tarixdə rayonun Əlibəyli kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumların  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən iki müraciət olunmuşdur. Birinci müraciət vətəndaşın evinin dam örtüyünün təmir olunmasına köməklik göstərilməsi,  digəri isə kənd uşaq bağçasının dam örtüyünün təmiri və bağçanın mətbəxindəki elektrikli komforkanın təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.