Qaxda yanğın baş verdi, fermerə ziyan dəydi – FOTO

15:09 | 21 Fevral, 2019

Qax rayonunda yanğın baş verib. Hadisə günorta saatlarında rayonun İbaxlı kəndində baş verib.

Kənd sakini Mövlüd İbadova məxsus tövlə içindəki otla birlikdə yanıb. Yanğının elektrik naqilində baş verən qısaqapanmadan yarandığı bildirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.