Gürcüstan prezidenti Qax rayonunda yaşayan gürcülərlə görüşüb

12:36 | 1 Mart, 2019

Gürcüstan prezidenti Salome Zurabişvili dövlət nümayəndə heyəti ilə birlikdə, Azərbaycanda, Qax rayonunun Qaxinqiloy kəndinin orta məktəbində qonaq oldu və Müqəddəs Giorgi adına kilsəni ziyarət etdi.

Gürcüstan prezidentini Qaxinqiloy kəndinin məktəbində, Qax şəhərinin icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və məktəb direktoru Natela Otaraşvili qarşıladılar.

Yerli əhali Əlibəyli məktəbinin təmirinə vasaitin ayırdığı üçün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Salome Zurabişvili şagirdlər və müllimlərlə söhbət etdi.

Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayıb.

Facebookda şərh edin