Qax rayonu Güllük kənd tam orta məktəbində “Mütaliəni həyat tərzinə çevirək” adlı tədbir keçirilib

14:56 | 3 Mart, 2019

Qax rayonu Güllük kənd tam orta məktəbində “Mütaliəni həyat tərzinə çevirək” adlı tədbir keçirilib. Tədbirdə VII sinif şagirdləri iştirak edib. VII sinif şagirdləri ilə Mayn Ridin “Başsız atlı” əsəri müzakirə olunub. Cəlil Məmmədquluzadənin “Saqqalı uşaq” hekayəsi səhnələşdirilib, sorğu aparılıb, aforizmlər, hikmətli fikirlər söylənilib, slaydlar, videoçarx nümayiş etdirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin Musayeva tərəfindən keçirilən tədbirin əsas məqsədi şagirdlərin mütaliəyə həvəsləndirilməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, məntiqi təfəkkürünün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin böyük rolunun olmasını diqqətə çatdırmaqdır.

Ümumiyyətlə, Azərbaycan dili və ədəbiyyatı müəllimləri öz fəaliyyətləri zamanı  məktəb kitabxanasında şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını diqqət mərkəzində saxlamalıdırlar.

Facebookda şərh edin