Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib

16:29 | 5 Mart, 2019

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bu münasibətlə ötən gün Qax rayonunda olub və UGİM (Qax) futbol komandasının məşq prosesini izləyib. Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədovanın rəhbərlik etdiyi qaxlı qızlardan ibarət futbol komandasına öz dəstəyini ifadə edən Əhməd Şahidov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qax idmançılarını, rayonun idman ictimaiyyətini təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb.

Facebookda şərh edin