Ağçay kənd kitabxanasında “Möhtəşəm tənəffüs” layihəsi davam edir

16:33 | 7 Mart, 2019

Start verdiyimiz layihəyə hər həftə müxtəlif səpgidə davam etdiririk. Yanvar ayının ilk günlərindən start verilən “Möhtəşəm tənəffüs” layihəsində uşaqlar rəsm çəkməyi, yapmanı, öz hisslərini düzgün biruzə verməyi öyrənirlər. Festivalın proqramında bədii qiraətçilər müsabiqəsi, maarifləndirici viktorinalar, müsabiqələrdə yer alir. “Möhtəşəm tənəffüs” layihəsi davamlı olaraq hər həftə müxtəlif farmatda davam edir. Layihəni davamlı olaraq keçirilməsində əsas məqsədimiz istedadlı uşaqları aşkar etməkdən ibarətdir. Bu istedadlı uşaqlardan biridə 6-cı sinif şagirdi İsaqov Rəşiddir. Rəşid məharətlə kağızdan müxtəlif əşyaların kiçik maketlərini hazırlayır. Bu günkü görüşümüzdə Rəşid kağız maketlərinin bir neçəsini həmyaşıdlarına izah edərək öyrətdi.