Almalı kəndində acınacaqlı vəziyyət: sakinlər zibilləri yola atırlar

14:22 | 8 Mart, 2019

Qax rayonu Almalı kəndində yerli sakinlər gündəlik məişət tullantılarını yola atırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kənd sakinləri 100 metr aralıda quraşdırılmış zibil qutularına deyil, məhz yola, insanların hərəkət etdiyi yolun kənarına zibilləri atırlar. Nəticədə, həm ekologiyaya zərər dəyir, həm də biabırçı bir vəziyyət yaranır. Hər dəfə yol kənarına yığılmış zibillər təmizlənsə də, yenə də eyni vəziyyət yaranır.

Facebookda şərh edin