Qəzada yaralananlardan ikisinin vəziyyəti ağırdır – Şəki Rayon Mərkəzi Xəstəxanası açıqlama yayıb

15:58 | 10 Mart, 2019

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“99-HD-777” dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Facebookda şərh edin