“Sizlər Qaxda incəsənətin fədakarlarısız” – Əhməd Şahidov Milli Teatr Günü münasibətilə Qax teatrlarını təbrik edib

17:33 | 10 Mart, 2019

Bu gün Azərbaycan teatrı yaranmasının 146-cü ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Bu münasibətlə özünün Facebook səhifəsində təbrik mesajı paylaşan Əhməd Şahidov Qaxda fəaliyyət göstərən teatr kollektivlərini təbrik edib və onlara yeni uğurlar arzulayıb: “Bugün 10 Mart – Azərbaycanda Milli Teatr Günüdür. Bu münasibətlə Qax rayonunda fəaliyyət göstərən teatrların kollektivlərini – İsmayıl Dağıstanlı adına Qax Xalq Teatrının və “Qızıl Dərviş” Mükafatı Laureatı Qax Dövlət Kukla Teatrının bütün əməkdaşlarını ürəkdən təbrik edirəm.
Sizlər Qaxda incəsənətin fədakarlarısınız. Sizinlə qürur duyuram. Yeni-yeni uğurlar arzulayıram…”