Qaxlı aktyor Türkiyənin məşhur “Mehmetçik” serialında əsas rolda

17:31 | 18 Mart, 2019

Qax Xalq Teatrının aaprıcı aktyoru Şəmsəddin Quliyev Türkiyənin TRT1 Dövlət Televiziyasında yayımlanan və qısa müddət ərzində türk-müsəlman ölkələrində reytinqləri fəth etmiş “Mehmetçik” serialında çəkilib. Osmanlı əsgəri obrazını canlandıran Şəmsəddin Quliyev Türkiyə dizi sənayəsinin aparıcı şirkətlərindən iş təklifləri alıb.

Bundan başqa, Şəmsəddin Quliyev Türkiyənin Kanal D Televiziyasında yayımlanan “Bir litre göz yaşı” serialında da çəkilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəmsəddin Quliyev Akademik Milli Dram Teatrında çalışıb. Hazırda Qax Xalq Teatrında çalışan istedadlı aktyor sonuncu dəfə Bozbaş Pictures filmindəki rolu ilə sosial şəbəkələrdə populyarlıq qazanmışdı.