Qax rayonunun İlisu, Sarıbaş və Ağçay kəndlərinə qar yağıb

13:06 | 26 Mart, 2019

Qax rayonu ərazisinə qar yağıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayan yağış səhər saatlarından etibarən qara çevrilib.

Qar, rayonun əsasən dağlıq ərazilərində yerləşən İlisu, Sarıbaş və Ağçay kəndlərinə düşüb. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problem yaratmayıb.

Hazırda İlisu, Sarıbaş və Ağçay kəndlərində qar yağmaqda davam edir. Qarın hündürlüyü bəzi yerlərdə 10 santimetrə çatır.