Ağçay kənd məktəbində Azərbaycan tarixindən nümunəvi dərs keçirilib

16:52 | 30 Mart, 2019

Qax rayon ümumtəhsil müəssisələrində martın 30-da növbəti dayaq məntəqə iclasları keçirildi. Dayaq məntəqəsi üzrə 60-dan çox nümunəvi açıq dərsin təşkili baş tutmuşdur.
Nümunəvi dərslərdən ikisi – Tarix və Biologiya fənləri üzrə Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta məktəbində təşkil olunmuşdu.
Azərbaycan tarixindən nümunəvi dərsi Günəş Hafizova vı sinifdə təşkil etmişdi. Dərsi dinləyən və izləyən müəllimlərin həm dərsdən, həm də məktəbimizdən xoş təsüratlarla ayrılmaları dərsin uğurlu keçməsindən xəbər verirdi.