Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Fıstıqlı kəndininin sakinləri ilə görüş keçirib

12:13 | 31 Mart, 2019

27 mart 2019-cu il tarixdə rayonun Fıstıqlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi, telefon və internet xettinde olan problemin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.