10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qax rayonunda konsert və atəşfəşanlıq təşkil olunub

09:13 | 8 Aprel, 2019

Bütün bölgələrimizdə olduğu kimi, Qax rayonunda da 10 milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsilə bağlı təntənəli tədbir keçirilib. Tədbirin bədii hissəsi Qax rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanıb. Tədbirin sonunda rayon rəhbərliyi tərəfindən möhtəşəm atəşfəşanlıq təşkil olunub.