Qax rayonunda arıçılıq turizmi yaradılacaq

14:26 | 12 Aprel, 2019

Azərbaycan Arıçılar Assosiasiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO ilə birlikdə ölkədə arıçılıq turizminin yaradılması ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Bu barədə “Report”a Assosiasiyanın sədri Bədrəddin Həsrətov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yay aylarında reallaşdırılması nəzərdə tutulan layihəyə Avropa İttifaqı maliyyə dəstəyi vermək istəyir.

“Layihə çərçivəsində Qax rayonunda olan arıçılıq təsərrüfatının bazasında bir sıra işlərin görülməsi planlaşdırılır. Arıçılıq turizminin mahiyyəti odur ki, turistlərə bal və digər arıçılıq məhsullarının istehsalı prosesinə izləmək şəraiti yaradılır”.

Facebookda şərh edin