Qaxlı müəllim Bakıda nüfuzlu liseyin direktor müavini təyin olundu

00:28 | 20 Aprel, 2019

Bir zamanlar Qax rayonunda çalışan, son günlərə qədər isə Bakıda yerləşən Hədəf STEM liseyinin Coğrafiya müəllimi işləyən, əslən Qaxdan olan Anar Mustafazadə bu günlərdə Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib.

Bu barədə Anar Mustafazadə özünün Facebook səhifəsində məlumat verib: “Dəyərli Dostlar, bu gündən etibarən Akademik Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyətimə davam edəcəyəm. Bu günə qədər hansı həvəs və eşq ilə işimi görmüşdümsə bundan sonra da eynilə davam edəcəyəm. Mənə etimad göstərdikləri üçün Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramova, nazir müavini Məhəbbət xanıma və liseyimizin direktoru Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. İndiyə qədər çalışdığım Hədəf STEM Liseyinin dəyərli kollektivinə və şəxsən Şəmil müəllimə də çoxlu uğurlar arzu edirəm. Haqqınızı halal edin dostlar.”