Kənd təsərrüfatı naziri Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək

15:00 | 20 Aprel, 2019

Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.