Əhməd Şahidovun təşəbbüsü ilə Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

16:09 | 22 Aprel, 2019

Erməni diaspor təşkilatlarının “uydurma soyqırımı günü” ərəfəsində Avropada fəallaşmasını nəzərə alan Polşadakı azərbaycanlı diaspor fəalları “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya başlayıblar. Bu barədə Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov məlumat verib. Bildirib ki, aksiya çərçivəsində erməni yalanları ifşa ediləcək, Xocalı həqiqətləri Polşa ictimaiyyətinə çatdırılacaq. Həmçinin Fransa prezidentinin 24 aprel qərarına etiraz bildiriləcək. Ölkənin iri şəhərlərində keçirilməsi nəzərdə tutulan aksiya xüsusilə də, gənc nəsli məlumatlandırmaq xarakteri daşıyır.

Tədbirdə yaxından iştirak edən əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov erməni yalanlarına qarşı bütün platformalarda mübarizə aparmağın zərurəti barədə danışıb və gələcək fəaliyyət planları barədə diaspora fəalları ilə fikir mübadiləsi aparıb.