Paşa İlisuyskiy Ukraynanın yeni prezidentinin komandasında yer alacaq?!

20:57 | 22 Aprel, 2019

Xəbər verildiyi kimi, ötən gün Ukraynada keçirilən prezident sçekilərində Vladimir Zelenskiy böyük səs çoxluğu ilə qələbə qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Ukraynada keçirilən seçkilərin ilk günlərindən Vladimir Zelenskiyə yerli azərbaycanlıların dəstəyi açıq-aydın hiss olunurdu. Uzun illərdir Ukraynada yaşayan azərbaycanlı siyasətçi, diplomat, politoloq, Ukraynadakı Qafqaz xalqları Konqresinin rəhbəri Paşa Məmmədov seçki kampaniyasında Vladimir Zelenskini fəal müdafiə edən diaspora rəhbərlərindəndir.

Qax.org.az saytının Ukraynadakı mənbələrdən aldığı dəqiqləşdirilməmiş məlumata görə,Vladimir Zelenskinin formalaşdıracağı yeni komandada əslən Qaxdan olan siyasətçi Paşa Məmmədov da yer alacaq.