Qax Peşə Liseyinin tələbələri Respublika çempionu oldular – Kamal Muxtarlı qalibləri təltif etdi

18:38 | 23 Aprel, 2019

9-20 aprel 2019-cu il tarixilərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil etdiyi I Azərbaycan çempionatında Qax Peşə Liseyinin tələbələri Pərviz Şirinov (56 kq – I YER) və Nihat Manafzadə (65 kq – II YER) uğurla çıxış ediblər. Bu münasibətlə liseydə idmançı şağırdlərlə görüş təşkil edilib. Liseyin direktoru Kamal Muxtarlı, eləcə də liseyin rəhbər işçiləri idmançılara öz ürək sözlərini bildirib, gələcək yarışlarda uğurlar arzu ediblər. Görüşün sonunda qaliblər rəhbərlik tərəfindən mükafatlandırılıb. Çempionatın keçirilməsində həmyerlilərimiz, Vinq Çun Döyüş Sənəti Federasiyanın Prezidenti Asif Sayadova, Vinq Çun Döyüş Sənəti Federasiyasının Baş Hakimi Şahin Mustafayevə, eləcə də şagirdlərimizin bu uğura imza atmasında əməyi olan məşqçi Ramil Məmmədliyə dərin təşəkkürümüzü bildiririk.