İcra başçısı Musa Şəkiliyev Qıpçaq kəndininin sakinləri ilə görüş keçirib

16:14 | 26 Aprel, 2019

23 aprel 2019-cu il tarixdə rayonun Qıpçaq kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən  müraciətlər  qəbul  olunmuşdur.
Müraciətlər pay torpaq sahəsinə yaxın ərazidə olan drenaj kanalının təmizlənməsi üçün texnika verilməsi, kənddə daha güclü transformatorun quraşdırılması və kəndin yeni yaşayış massivinin yolunun təmir olunması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.