Birinci rübdə Qaxda sənaye məhsulu istehsalı 39,1 faiz artıb

22:21 | 1 May, 2019

Bu ilin birinci rübündə Qax rayonunda sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz artaraq 3 milyon 896,2 min manat olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, birinci rübdə istehsal olunmuş sənaye məhsulunun və göstərilmiş sənaye xarakterli xidmətlərin 859,1 min manatı və ya 22 faizi dövlət, 3 milyon 37,1 min manatı və ya 78 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşüb.