Zərnə kənd məscidi niyə təmir olunmur?! – Əhməd Şahidov video müraciət edib

12:03 | 4 May, 2019

Qax rayonunda səfərdə olantanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Zərnə kənd məscidini ziyarət edib. İllərdir yararsız halda olan kənd məscidinə kimsənin sahib çıxmadığını təəssüflə bildirən Əhməd Şahidov hələ 2015-ci ildə Zərnə kənd məscidini şəxsi vəsaiti hesabına təmir etdirmək istəsə də, yerli icra hakimiyyəti orqanları müxətlif səbəblər göstərərək, məscidin təmirinə icazə verməyiblər.

Bununla bağlı video müraciət edən Əhməd Şahidov növbəti dəfə Zərnə kənd məscidini təmir etdirmək istədiyini bildirib və yerli icra orqanlarının bu təşəbbüsə müsbət cavab verəcəklərinə ümidini ifadə edib.