Qax Xalq Teatrı Balakəndə “Məhəbbət bir bəladır” iki pərdəli komediyasını təqdim edib

15:59 | 4 May, 2019

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin İsmayıl Dağıstanlı adına Xalq Teatrı 02 may 2019 – cu il tarixində Balakən mədəniyyət işçilərinin qonağı oldu. Tamaşadan əvvəl Şəki Regional Mədəniyyət İdarəsinin Balakən üzrə baş məsləhətçisi Şəfəq xanım çıxış edərək qonaqları salamladı. Qax rayonu üzrə baş məsləhətçi Dilarə Əzizova çıxışında Balakən tamaşaçılarına teatrımızın uğurları haqqında məlumat verdi. Rejissor Gülşad Paşayevanın əsərə verdiyi maraqlı səhnə yozumu İ. Dağıstanlı adına Xalq Teatrının daha bir uğurudur. Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” iki pərdəli komediyası ilə çıxış edən aktyorlarımızı tamaşaçılar alqışlarla qarşıladı. Aktyorlarımızdan Fıkrət Ramazanov, Xəlil Nəsibov, Nuriyyə Əlimova, Solmaz Həsənova, Yusif Qurbanov,Əli Yunusov,Hökümə Əhmədli, Aydan Əhmədova, Şəmsəddin Quliyev məharətlə çıxış etdilər.