İcra başçısı Musa Şəkiliyev Oncallı kəndində növbəti səyyar qəbul-görüş keçirib

23:16 | 4 May, 2019

29 aprel 2019-cu il tarixdə rayonun Oncallı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul  olunmuşdur.
Müraciətlər kənd yolunun təmir olunması, qaz xəttinin çəkilişinin tezləşdirilməsi, suvarma kanalının təmizlənməsinə köməklik göstərilməsi, kəndin ara küçəsinə çınqıl daşı tökülməsi və içməli su xətlərinin təmir olunması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.