Deputat Azər Kərimli İranda baş vermiş daşqından zərər çəkmiş insanlara 200 manat yardım göndərib

23:38 | 4 May, 2019

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İran İslam Respublikasında daşqın nəticəsində zərər çəkmiş insanlara yardım məqsədilə başlatdığı ianə toplama kampaniyası davam edir.

Modern.az xəbər verir ki,  Milli Məclisin deputatları da yardım kampaniyasına qoşulanlar sırasındadırlar.

29-30 aprel tarixlərində yardım kampaniyasına qoşulan deputatlar Arif  Rəhimzadə, Azər Badamov, Azər Kərimli, Araz Əlizadə və Əli Məsimlidir.

Deputat Azər Kərimli 200 AZN yardım göndərib.