Qax rayon İcra Hakimiyyəti və YAP Qax rayon təşkilatı Qadınlar Şurası “Şuşasız 27 il” adlı anma mərasimi keçirib

16:18 | 8 May, 2019

Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurası, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və S.Vurğun adına rayon Mədəniyyət Mərkəzinin birlikdə Şuşa şəhərinin işğalı gününə həsr olunmuş “Şuşasız 27 il” adlı anma mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları Şuşa azərbaycanın tarixi mədəniyyət mərkəzidir adlı sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova açaraq tədbirin mahiyyəti haqqında məlumat verdi.Tədbir iştirakçıları Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
1992-ci ildən Şuşa erməni silahlı dəstələrinin işğalı altındadır. Şuşa 8 may 1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. . Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silməyə çalışırlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdılır.Şuşa tezliklə azadlığına qovuşsun.İnsanlar həsrət qaldıqları yurdlarına qovuşsunlar, şad və təhlükəsiz yaşasınlar.İnanırıq ki hörmətli Prezidentimiz İlham Əliyevin səyi nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəkdir.bu sözlər Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərovanın çıxışında səsləndirilmişdir.
Tədbirdə MKS direktor müavini Ahidə Əfəndiyeva “Şuşa azərbaycanın tarixi mədəniyyət mərkəzidir” adlı məruzə ilə çıxış etdi. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdiyini,Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altında olduğunu ,düz iyirmi yeddi ildir ki, yadlar tapdağı altında olan Şuşa ölüm sükutuna qərq olduğunu ürək ağrısı ilə bizimlə bölüşdü..
Şəhər 5 nömrəli tam orta məktəbin dil ədəbiyyat müəllimi Xatirə Süleymanova çıxışında bildirdi ki,işğalı nəticəsində şəhərdə195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş,165 nəfər yaralanmış,onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isədoğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova bildirdi ki, zaman –zaman Azərbaycan xalqının başına gətirilən faciələri unutmamalıyıq. Bizim güclü ordumuz var. İnanıram ki tezliklə Qarabağ, Şuşa. Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl. Zəngilan erməni işğal altında olan rayonlarımız azad olunacaqlar. Haqq- ədalət öz yerini alacaqdır.
Mədəniyyət Mərkəzinin əməkdaşlarından Nuriyyə Əlimova Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmələri haqqında məlumat verdi, Vüsalə Mustafayeva, 1 nömrəli tam orta məktəbin kitabxanaçısı Bahar Mahmudova çıxış edərək Ermənilərin insanlığa sığışmayan vəhşiliyi haqqında danışaraq bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan Şuşanın xarabazara çevrirən erməni vəhşilərindən tezliklə azad olunmasını bildirdilər.Tədbir zamanı B.Vahabzadənin “Oxuma bülbül”, C.Novruzun” Dəhşət”,Z.Yaqubun “Bu gecə yuxuma girmişdir Şuşa” adlı şeirləri iştirakçılara təqdim olunmuşdur.İştirakçılara “ Şuşasız 27 il” adlı buklet təqdim olunmuşdur. Tədbirin sonunda tədbir iştirakçılarına video çarx nümayiş olunmuşdur.