Qax şəhər 2 nömrəli məktəb-liseyin şagirdi ABŞ-ın nüfuzlu FLEX proqramının qalibi olub

01:02 | 9 May, 2019

Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Muradov Elvin Azərçin oğlu FLEX (Gələcəyin Liderlərinin Mübadilə Proqramı) proqramının bu ilki qalibi olub. O,ABŞ-da bir illik pulsuz təhsil almaq hüququ qazanıb. Elvin Muradov Respublikanın tanınmış təbiətşünası Azərçin Muradovun oğludur.