Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

16:00 | 10 May, 2019

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovmayın 25-də Şəkidə vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Komitədən bildirilib.

Məlumata görə, qəbul saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün onun müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər. Onların da qəbulları saat 10:00-da müvafiq olaraq Qax və Zaqatala şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.

Qəbul zamanı Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov (050) 800-50-65);

Komitənin Şəki ərazi şöbəsi: (024) 244-26-10, (024) 255-43-83, 225-22-52;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və 18 saylı Zaqatala Ərazi İdarəsi: (024) 244-21-30, (024) 255-51-96, (024) 224-00-63;