İcra başçısı Musa Şəkiliyev Çudulu kəndininin sakinləri ilə görüş keçirib

16:03 | 10 May, 2019

07 may 2019-cu il tarixdə rayonun Çudulu kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən   müraciətlər  qəbul olunmuşdur.
Müraciətlər kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi, yeni yaşayış massivində əlavə transformatorun qoyulması, əlavə artezian quyusunun qazılması, kənddə yeni məktəb binasının tikilməsi, vətəndaşın evinin yaxınlığındakı çinar ağacının budanmasına köməklik göstərilməsi, kəndin yeni yaşayış massivindəki qeyri standart elektrik dirəklərinin  yenisi ilə əvəz olunması və zəlzələ zamanı ziyan dəymiş ev barədə tədbir görülməsi  ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.