Qaxda 2019-cu ilin I rübünün yekunları ilə bağlı hesabat iclası keçirilib

18:44 | 16 May, 2019

Mayın 13-də Rayon İcra Hakimiyyətində 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə RİH rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri,  iş adamları və ictimaiyyətin  nümayəndələri iştirak  etmişlər.
RİH başçısı Musa Şəkiliyev ilin ilk 3 ayı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.