İcra başçısı Musa Şəkiliyev Ağçay kəndininin sakinləri ilə görüş keçirib

18:50 | 16 May, 2019

13 may 2019-cu il tarixdə rayonun Ağçay kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Rüfət Əliyevin və rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən görüşdə vətəndaşlar tərəfindən müraciətlər qəbul  olunmuşdur.
Müraciətlər kəndə yeni məktəb binasının tikilməsi, məktəbə internet xəttinin çəkilməsi, kəndin sel sularından qorunması üçün çay kənarına beton bənd vurulması, uşaq bağçasının mətbəxi üçün elektrikli piltənin alınması və  uşaq bağçasının elektrik xəttində olan nasazlığın aradan qaldırılması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.