Goranboylu kümçülərə Qaxdan gətirilən 7125 qram ipəkqurdu toxumu paylanılıb

13:34 | 18 May, 2019

Goranboylu kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 7125 qram ipəkqurdu toxumu paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun 47 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanması ilə bağlı mütəxəssislər tərəfindən müvafiq izahatlar verilib.

Hazırda rayonda baramaçılıqla məşğul olmaq üçün zəngin yem bazası mövcuddur. Elə buna görə də bu il kümçülər tərəfindən 15 ton barama istehsal ediləcəyi proqnozlaşdırılır.