Zərnə kənd məktəbində 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib

15:21 | 19 May, 2019

Qax rayonu Zərnə kənd tam orta məktəbində 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə xoşbəxtliyin açarıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd mədəniyyət evinin nümayəndələrinin, valideynlərin, müəllimlərin çıxışları, şagirdlərin ifasında səhnəciklər, şeirlər, ailə haqqında deyimlər dinlənilib.