İlisu kənd məktəbinin kollektivi Əfəndiyevlər ailəsinin qonağı olub

15:24 | 19 May, 2019

Mayın 15-də Qax rayonu İlisu kənd tam orta məktəbinin bir qrup müəllimi Beynəlxalq Ailə Günü münasibətilə kənddə nümunəvi ailələrdən olan Əfəndiyevlər ailəsinin qonağı olub. Ailənin ağbirçəyi Sədəf Əfəndiyeva ailə dəyərlərinin müqəddəsliyindən danışıb, gənc ailələrə tövsiyələrini bildirib.