Qaxda traktor aşıb, sürücü Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

21:51 | 19 May, 2019

Qaxda traktor aşıb, sürücü xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xalatala kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Elnur Qürbət oğlu Abdulazadə “Belarus” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən traktor aşıb. Qəzadan sonra bədən xəsarəti alan E. Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən ONA-ya bildirlib ki, yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.