İcra başçısı Musa Şəkiliyev İbaxlı kəndininin sakinləri ilə görüş keçirib

19:33 | 24 May, 2019

21 may 2019-cu il tarixdə rayonun İbaxlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfində müraciətlər qəbul olmuşdur.  Müraciətlər kənddə içməli su probleminin həllinə köməklik göstərilməsi, bağ sahəsinə gedən yolun zəbt olunması ilə bağlı problemin həll edilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Facebookda şərh edin