Qaxda yem emalı müəssisəsi istifadəyə verilib

01:34 | 31 May, 2019

Azərbaycanın regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə hökumətin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi Qax rayonunda istifadəyə verilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, müəssisədə istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.