Qaxda “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi keçirilib

16:59 | 3 İyun, 2019

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə respublikamızın şimal-qərb bölgəsi rayonlarında təşkil edilən silsilə bayram tədbirləri uşaqlara xoş əhval-ruhiyyə, əsl bayram ovqatı yaşadıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində keçirilən “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və uşaq bağçalarının, incəsənət məktəbinin kollektivləri təqdim etdikləri rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına, valideynlərə xoş anlar bəxş ediblər.

Bayram şənliyində çıxış edənlər ölkəmizdə uşaqlara dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər.

X  X  X

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qəbələ, Balakən, Zaqatala, Şəki və Oğuz rayonlarında da silsilə tədbirlərlə geniş qeyd olunub. Keçirilən tədbirlərdə gələcəyimiz olan uşaqların müdafiəsi sahəsində görülən işlərdən, onların qayğısız böyümələri üçün həyata keçirilən davamlı tədbirlərdən bəhs edilib.