Qax rayon təhsil şöbəsində aparatyanı müşavirə keçirilib

17:05 | 3 İyun, 2019

Qax rayon təhsil şöbəsinin akt zalında növbəti aparatyanı müşavirə keçirilib. Müşavirədə təhsil şöbəsinin rəhbərliyi, əməkdaşları və on beş ümumtəhsil məktəbinin direktoru iştirak edib.  İclasda aşağıdakı məsələlər müzakirə olunub:

1.“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarının tələbləri baxımından rayonun Tasmalı, Şəhər 1 nömrəli, Qaxingiloy kənd tam, Çüdüllü, İbaxlı kənd ümumi orta məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması sahəsində görülən işlərin vəziyyəti haqqında -B.Heydərov

2. “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin tələbləri baxımından rayonun Qaratala, İlisu, Qaxbaş kənd 1 nömrəli tam, Ağçay, Lələli kənd ümumi orta məktəblərində zəif oxuyan, təlimdə gerilik nümayiş etdirən şagirdlərlə aparılan işlərin vəziyyəti haqqında – T.Həşimova

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə əsasən rayonun şəhər 3 saylı, Qum, Almalı, Qıpçaq kənd tam, Lələpaşa kənd ümumi orta məktəblərində şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət rəmzlərinin öyrədilməsi vəziyyəti – L. Rzayeva.