Ağçay kənd kitabxanasında xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə oxu günü keçirilib

13:44 | 4 İyun, 2019

Bənzərsiz Azərbaycan şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə əlaqədar olaraq Ağçay kənd kitabxanasında qiraət günü keçirildi. Tədbirdə kitabxananın oxucuları və şağird kollektivi iştirak edirdi. Kitabxana işçisi Sevinc Abakarova şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. İştirakçıların ifasında V.Səmədoğlunun şeirləri dinlənildi. Şeirləri dünyanın bir çox dillərinə tərcümə olunan, misralarında biri – “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm” – Amerika kimi böyük bir ölkədə plakatlara yazılan şairimizi biz özümüz də oxuyub faydalanmalıyıq.