Deputat Azər Kərimli: “Hacı Muradın məzarı ilə bağlı faktları araşdırmaq üçün dövlət komissiyası yaradılmalıdır”

17:24 | 4 İyun, 2019

Qax rayonunun hüquq-mühafizə orqanları Hacı Muradın qalıqlarının oğurlanması iddiaları ilə bağlı araşdırma başladıb. Bu barədə virtualaz.org-a Milli Məclisin Qaxdan olan deputatı Azər Kərimli bildirib.

Kərimli deyib ki, hazırda rayondadır və Hacı Muradın məzarının bir hissəsinin dağıdılması faktını təsdiq edir.

“Hazırda Hacı Muradın qalıqlarının yoxa çıxması faktını nə təsdiq, nə təkzib edə bilərəm, çünki məzarüstü abidə yerindədir və salamatdır. Burada hazırda istintaq qrupu işləyir, habelə Bakıdan hüquq-mühafizə orqanlarının nümayəndələri bu gün rayona gəlməlidir. İstənilən halda bütün bu faktları araşdırmaq üçün dövlət komissiyası yaradılmalıdır. Əlbətdə, əgər təsdiqlənsə ki, böyük Hacı Muradın qalıqları respublikadan çıxarılıb, bu işdə günahı olan hər kəs cəzasını almalıdır”-deputat bildirib.