Yeni təmir olunmuş Sarıbaş kənd məscidi bayram günündə istifadəyə verilib

19:25 | 5 İyun, 2019

Qax rayonunun Sarıbaş kəndindəki “Qədim məscid” yenidən təmir olunaraq istifadəyə verilib. Ramazan Bayramı günü kənd möminlərinin istifadəyə verilən kənd məscidində bayram namazı qılınıb.
Bu məscid Sarıbaşda 1591-ci ildə inşa edilən 2-ci məsciddir. Kəndin ilk məscidi 1555-ci ildə gürcü knyazlarının basqınları nəticəsində dağıdılaraq talan edilib. Hazırda mövcud olan məscid kəndin həmin dövrdəki imkanlı adamları tərəfindən 1883-cü ildə bərpa olunub.