Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Qaxda vətəndaş qəbulu keçirəcək

19:33 | 5 İyun, 2019

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iyunun 13-də saat 11:00-da Qax rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Qax, Balakən, Zaqatala rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüşdə Qax rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.