“Məktəbimizdə” fotorubrikası Qax rayonu İlisu kənd tam orta məktəbinə həsr edilib

19:50 | 5 İyun, 2019

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, budəfəki fotorubrika Qax rayonu İlisu kənd tam orta məktəbinə həsr edilib. Məktəb 1889-cu ildən fəaliyyət göstərir və bu il 130 illik yubileyi qeyd olunacaq.

Fotorubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.