Qax rayon təhsil şöbəsinin akt zalında təhsilyanı şuranın növbəti iclası keçirilib

00:09 | 8 İyun, 2019

Qax rayon təhsil şöbəsinin akt zalında təhsilyanı şuranın növbəti iclası keçirilib.  İclasda təhsil şöbəsinin işçiləri, ümumtəhsil müəssisələrinin direktorları iştirak edib.

İclasda aşağıdakı məsələlər müzakirə edilib:

1.“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın II strateji istiqamətinin tələbləri baxımından rayonun Zəyəm kənd tam orta məktəbində təlim-tərbiyə işlərinin gedişi vəziyyətinə dair aparılmışhərtərəfli yoxlamanın nəticələrinə dair.

                                                                                 V. Əmirli, komissiya

 2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə” 5.04.2017-ci il tarixli 186 nömrəli əmrinin tələbləri baxımından rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən təmayül siniflərində təlim işinin gedişi vəziyyəti və təmayül siniflərində təhsil alan şagirdlər tərəfindən proqram materiallarının mənimsənilməsi səviyyəsi haqqında.

A.Dursunova, komissiya

            3. Rayonun Dəymədağlı, Qorağan, Cəlayir, Baydarlı, Ağyazı, Qaxbaş kənd 2 saylı tam, Çinarlı, Fıstıqlı kənd ümüumi orta məktəblərində fənlər üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyəti haqqında.

G.Mahmudova

4. Rayonun ümumtəhsil məktəblərində “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı pedaqoji mühazirəçisi”, “İlin ən yaxşı şagirdi”, “İlin ən yaxşı fənn kabineti” müsabiqələrin yekunları haqqında.

G.Mahmudova

5. Rayonun ümumtəhsil məktəblərində “Son zəng” mərasiminin keçirilməsi haqqında.

V.Əmirli

6. Aparatyanı müşavirənin yekunları haqqında                                        V. Vəzirova

 

 

7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatları ilə tanışlıq.

Məsləhətçilər və metodistlər