Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

13:55 | 8 İyun, 2019

Qax rayonunda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

Bu barədə “Report”un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.