Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Elqızının yeni kitabının təqdimatı keçiriləcək

01:13 | 9 İyun, 2019

Qax rayonunun tanınmış ziyalı xanımı, şairə Solmaz Elqızının yeni şeirlər kitabı işıq üzü görüb. “Dünyaya gəlmişik sevilmək üçün” adlanan kitabın təqdimatı 10 İyun 2019-cu il tarixində saat 15.00-da Cəfər Cabbarlı adına Qax Mərkəzi Kitabxanasının oxu zalında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı Solmaz Əfəndiyeva Elqızının yeni kitabının təqdimatına bütün Qax sakinləri və kitabsevərlər dəvətlidir.

Facebookda şərh edin