Qaxda iki yaşlı uşağı yaşadığı evdə ilan sancıb – istilər düşür, təhlükə artır

14:45 | 9 İyun, 2019

İyunun 8-də saat 23:00 radələrində Qax rayonunun Üzümlü kənd sakini, iki yaşlı Rəhim Eyvaz oğlu Camalovu ilan sancıb.

APA-nın yerli bürosunun məlumatına görə, uşaq dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı R.Camalovu yaşadığı evineyvanında, sağ əlindən ilan sancması məlum olub. Xəstəxananın reanimasiyaşöbəsinə yerləşdirilən R.Camalova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.